ÜST: “Dünyada pandemiya ilə bağlı vəziyyət faciəlidir”

ÜST: “Dünyada pandemiya ilə bağlı vəziyyət faciəlidir”

Hazırda oxunan: ÜST: “Dünyada pandemiya ilə bağlı vəziyyət faciəlidir”
23550
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyət faciəli olaraq qalır, ölkələr hələ ki, rahatlanmamalı və təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər.

Bizim.Media TASS Agentliyinə istinadla xəbər verir ki, bu barədə cümə günü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində "Gələcəyin pandemiyaları. Hazırlıq strategiyaları" sessiyasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar proqramının direktoru Maykl Rayan bildirib.

"Vəziyyət çətin olaraq qalır və ümumi yoluxma hallarının sayının azalmasına baxmayaraq, yoluxma riski çox yüksəkdir", - deyə o qeyd edib. - Pandemiya ciddi bir fəlakət olaraq qalır.

Bütün ölkələrin ciddi tədbir görməsi lazımdır, heç kim rahatlaşa bilməz və biz də gələcək pandemiyaya hazırlaşmalıyıq. Hazırlıq olmasa, böyük itkilər baş verə bilər".

O, Asiya və Mərkəzi Amerika kimi dünyanın bir neçə bölgəsində son beş həftə ərzində xəstəlik sayında ciddi artımın davam etdiyini qeyd edib.

Bundan başqa, Rayan bildirib ki, vaksinlərin qeyri-bərabər paylanması riski də qalmaqdadır.

“Biz yalnız vaksinlərin paylanmasında deyil, həm də səhiyyə xidmətlərinin göstərilməsində sosial bərabərsizliyin mövcud olduğunu görürük. Eyni ölkədə fərqli sosial qruplar arasında bərabərsizlik var, bu da səmərəsiz idarəetmə sistemi ilə əlaqədar ola bilər”, - deyə ÜST-nin Fövqəladə Hallar Proqramının direktoru əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO