Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu təsdiqlədi

Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu təsdiqlədi

Hazırda oxunan: Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu təsdiqlədi
232839
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna lideri Volodimir Zelenski bəyan edib ki, Moskva, həmçinin Brüssel, Vaşinqton və Kiyevin iştirakı ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlara başlanacağını gözləyir.

Bizim.Media xəbər verir ki, bu barədə siyasətçi “Associated Press” agentliyinə müsahibəsində bildirib.

O, həmçinin komandasının Tramp administrasiyası ilə əlaqə saxladığını, lakin məsləhətləşmələrin hələ də ümumi xarakter daşıdığını təsdiqləyib:

“ABŞ prezidenti Donald Trampla danışdıqdan sonra ruslarla hansısa söhbət formatına keçməliyik. Mən ABŞ, Ukrayna və Rusiyanı danışıqlar masası arxasında görmək istərdim. Avropa Birliyinin də səsi eşidilməlidir. Düşünürəm ki, ədalətli, səmərəli olardı. Amma bunun necə olacağını bilmirəm”.

V. Zelenski atəşkəs planı hazırlamaq üçün ABŞ prezidenti ilə tez bir zamanda şəxsi görüşə ümid etdiyini bildirib, eyni zamanda Vaşinqtonun Kiyevin iştirakı olmadan Moskva ilə ciddi müzakirələr aparması ilə bağlı bəyanatından narazılığını ifadə edib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO