Rusiyanın 35 fiziki şəxsi və 19 şirkəti Aİ-nin sanksiyasına DÜŞDÜ

Rusiyanın 35 fiziki şəxsi və 19 şirkəti Aİ-nin sanksiyasına DÜŞDÜ

Hazırda oxunan: Rusiyanın 35 fiziki şəxsi və 19 şirkəti Aİ-nin sanksiyasına DÜŞDÜ
232299
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar paketi çərçivəsində qara siyahıya 35 fiziki şəxsi və 19 şirkəti daxil edəcək.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə “Polskie Radio” məlumat yayıb.

Məlumata görə, sanksiya siyahısına Rusiya, Şimali Koreya və Çin vətəndaşları - müdafiə sənayesi kompleksinin əməkdaşları, enerji sahəsində sahibkarlar və Rusiya regionlarının hakimiyyət nümayəndələri, həmçinin Aİ tərəfindən "təbliğat və dezinformasiyada" ittiham olunan şəxslər daxil ediləcək.
 

Şirkətlərin siyahısına əsasən müdafiə sənaye kompleksi müəssisələri, həmçinin "Rusiyanın Ukraynada təcavüzünü dəstəkləyən strukturlar" əlavə ediləcək.


Eyni zamanda, 16-cı sanksiyalar paketinin layihəsində Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa yer almayıb.

Bundan əvvəl Aİ-nin Rusiyadan alüminium idxalına mərhələli qadağa tətbiq edə biləcəyi barədə məlumat verilmişdi. Həmçinin 15-ə yaxın bankın SWIFT-dən ayrılması müzakirə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO