Tramp şəxsi mühafizəçisinə VƏZİFƏ VERDİ - FOTO

Tramp şəxsi mühafizəçisinə VƏZİFƏ VERDİ - FOTO

Hazırda oxunan: Tramp şəxsi mühafizəçisinə VƏZİFƏ VERDİ - FOTO
230629
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp şəxsi mühafizəçisi Şon Kurranı ABŞ Məxfi Xidmətinin direktoru təyin edib.

Bizim.Media xəbər verir ki, bunu Tramp özünün sosial şəbəkə hesabında açıqlayıb.

“Şon Kurran 2024-cü ilin iyulunda Pensilvaniya ştatının Butler şəhərində mitinq zamanı sui-qəsdə məruz qaldıqdan sonra seçilmiş prezidentə səhnəni tərk etməyə kömək edən şəxsdir.

Şon böyük vətənpərvərdir və o, bu çılğınlığa son qoyacaq. Bu vəzifəyə daha uyğun heç kim yoxdur”, - Tramp bildirib.

Qeyd edək ki, bu təyinat sərt reaksiyaya səbəb olub. Respublikaçılar bu xəbəri sevinclə qarşılayaraq Kurranı “qəhrəman” adlandırsalar da, Demokratlar onu idarəetmə təcrübəsinin olmamasına görə tənqid ediblər.

Belə ki, 3500-dən çox üzvü olan ABŞ Məxfi Xidməti bir çox problemlərlə üzləşir və Demokratlar Kurranın bu işin öhdəsindən gələcəyinə şübhə edirlər.

Tramp şəxsi mühafizəçisinə VƏZİFƏ VERDİ - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO