HƏMAS 34 girovu azad etməyə razılaşdı - FOTO

HƏMAS 34 girovu azad etməyə razılaşdı - FOTO

Hazırda oxunan: HƏMAS 34 girovu azad etməyə razılaşdı - FOTO
228693
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində İsrailin təqdim etdiyi siyahıdan 34 girovu azad etməyə razılaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Asharq” telekanalı radikal təşkilatdakı mənbəyə istinadən məlumat yayıb.

Telekanal vurğulayıb ki, İsrailin təqdim etdiyi və HƏMAS-ın təsdiqlədiyi siyahı danışıqların son raundunda razılaşdırılmış meyarlara cavab verir. Buraya Qəzza zolağında saxlanılan qadınlar, uşaqlar və xəstələr daxildir.

Hərəkat bu girovları azad etməyə razılaşıb, lakin onların sağ olub-olmadığını dəqiq müəyyən etmək üçün təxminən bir həftə vaxt lazımdır.
 

Xatırladaq ki, 2023-cü il noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında bir həftəlik humanitar atəşkəs yaradılıb. Bu müddət ərzində onlar 110 girovu azad edə biliblər. Lakin dekabrın 1-də atəşkəs pozulub və Fələstin anklavında yenidən döyüşlər başlayıb.


2024-cü ildə Misir, Qətər və ABŞ-ın iştirakı ilə keçirilən məsləhətləşmələrin bir neçə raundundan sonra münaqişə tərəfləri sazişin parametrləri barədə razılığa gələ bilməyiblər.

HƏMAS 34 girovu azad etməyə razılaşdı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO