Türkiyədə “Uber” qadağan edildi

Türkiyədə “Uber” qadağan edildi

Hazırda oxunan: Türkiyədə “Uber” qadağan edildi

227647
Türkiyədə “Uber” onlayn taksi xidmətinin fəaliyyəti dayandırılıb.xa0

Oxu.Az-ın “Daily Sabah” nəşrinə istinadən məlumatına görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə əsasən, ölkənin öz taksi sistemi var.

“Biz “Uber”ə türkiyəli taksi sürücülərinin biznesini dağıtmağa imkan verməyəcəyik”, - Ərdoğan qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl “Uber” taksi xidməti Bolqarıstan, Danimarka və Macarıstanda da qadağan edilib. Bundan əlavə şirkət Fransa, İtaliya, Almaniya, Yaponiya və Tayvanda məhdudiyyətlərlə fəaliyyət göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO