Beyin əməliyyatı zamanı xəstə gitara çaldı –  VİDEO

Beyin əməliyyatı zamanı xəstə gitara çaldı – VİDEO

Hazırda oxunan: Beyin əməliyyatı zamanı xəstə gitara çaldı – VİDEO

227596
Banqladeşdə unikal cərrahiyə əməliyyatı keçirilib. 31 yaşlı xəstə beyin cərrahiyəsi zamanı gitarada musiqi ifa edib.

Bu haqda “USA Today” məlumat yayıb.

Fokal distoniya sindromundan əziyyət çəkən xəstə Təskin İbna Əlinin sol əl əzələlərində problem olub. Onları lazımı tezliklə idarə edə bilməyib.

Həkimlər əsl peşəsi kompüter mühəndisi olan Təskinin beyində həmin əzələlərin işinə əngəl olan toxumanı yandırıb.

Cərrahiyyə aləti onun beyninə 10,5 sm dərinlikdə daxil olduğu əsnada, Banqladeşli xəstə gitarada ifa edib.

O bundan başqa əməliyyat zamanı mobil telefondan istifadə edib və sağ əlində qəpik oynadıb. Əməliyyat uğurla nəticələnib. Təskin sol əlinin çevikliyini bərpa edib.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO