Çaddan TƏLƏB: “Fransa qoşunları bu tarixədək ölkəni tərk etməlidir”

Çaddan TƏLƏB: “Fransa qoşunları bu tarixədək ölkəni tərk etməlidir”

Hazırda oxunan: Çaddan TƏLƏB: “Fransa qoşunları bu tarixədək ölkəni tərk etməlidir”
226121
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çad hakimiyyəti Fransa qoşunlarının 2025-ci ilin 31 yanvar tarixinə qədər ərazisindən çıxarılmasını tələb edir.

Bizim.Media xəbər verir ki, bu barədə RFI radiosu məlumat yayıb.

Fransa hökumətinə yaxın mənbələr bildiriblər ki, sözügedən tələb rəsmi Parisa dünən axşam saatlarında ünvanlanıb.

Bununla da Fransanın mart ayına qədər qoşunlarını çıxarmaq üçün müəyyənləşdirdiyi qrafik rədd edilib. 

Fransalı mənbə qeyd edib ki, yeddi həftəyə min əsgər və bir çox texnikanı çıxarmaq mümkün deyil.

Çaddakı mənbə isə bildirib ki, rəsmi Ncamena (Çadın paytaxtı – red.) üçün ideal vəziyyət fevralın sonu və müqəddəs Ramazan ayının əvvəlinə qədər fransızların ölkəni tərk etməsidir.

Qeyd edək ki, bu il noyabrın sonunda Çad Respublikasının xarici işlər naziri Abderamane Koulamalla iki ölkə arasında hərbi əməkdaşlıq sazişinin ləğvindən sonra Fransanın Çaddan hərbi kontingentini çıxarmalı olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO