KİV: "Tramp İrana qarşı hücum planı hazırlayır”

KİV: "Tramp İrana qarşı hücum planı hazırlayır”

Hazırda oxunan: KİV: "Tramp İrana qarşı hücum planı hazırlayır”
225065
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İranın nüvə proqramına qarşı çıxmaq üçün bir neçə variantı, o cümlədən İslam Respublikasına qarşı “önləyici hava hücumları”nı nəzərdən keçirir. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Trampın komandası Tehrana maksimum təzyiq etmək üçün yeni strategiya üzərində işləyir. Bu strategiya iqtisadi sanksiyaların sərtləşdirilməsi fonunda hərbi tədbirləri də özündə ehtiva edir. 

Bundan əlavə, Tramp daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahuya “İranın nüvə sıçrayışından” narahat olduğunu bildirib və bu prosesin qarşısını almaq üçün yollar axtardığını açıqlayıb.

“The Wall Street Journal” iddia edir ki, Trampın komandası İranla bağlı gələcək addımlar üçün iki variantı araşdırır. Birinci plan Yaxın Şərqə Amerika qoşunları, hərbi təyyarələr və gəmilər göndərməklə hərbi təzyiqin artırılmasını nəzərdə tutur. 
 

Bundan əlavə, Vaşinqton İsrailə qabaqcıl silahlar, o cümlədən bunkerləri məhv edən bombalar sata bilər. İkinci variant hərbi güc təhdididir. Sanksiyalarla birlikdə hərbi tədbirlərin görülməsi Tehranı ABŞ-ın təklif etdiyi diplomatik həll tədbirləri ilə razılaşmağa məcbur edə bilər.


Xatırladaq ki, daha əvvəl Tramp “Time” jurnalına müsahibəsində ABŞ və İran arasında genişmiqyaslı silahlı münaqişənin başlanması ehtimalını istisna etmədiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO