Ruslar Suriyadan çıxır: Hərbi texnikalar təyyarələrə yüklənir - VİDEO

Ruslar Suriyadan çıxır: Hərbi texnikalar təyyarələrə yüklənir - VİDEO

Hazırda oxunan: Ruslar Suriyadan çıxır: Hərbi texnikalar təyyarələrə yüklənir - VİDEO
224612
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya qoşunları Suriyadan geri qayıdır. Bunun üçün gəmi və hərbi nəqliyyat təyyarələrinə silah və texnikalar yüklənir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.

Mənbə qeyd edir ki, Xmeymim aviabazasından Ulyanovsk, Çkalovski və Privoljski aerodromlarına marşrutlar üzrə bir neçə An-124 və İl-76MD təyyarələrinin uçuşları planlaşdırılır.

Rusiya texnikaları daşımaq üçün əlavə donanma obyektlərini də cəlb edib.

Xüsusilə, Baltiyskdə quru yük gəmisi "Sparta II" və böyük desant gəmisi "Alexander Şabalin"in Tartusa yola salınması üçün hazırlıqlara başlanıb. Bundan əlavə, Rusiya Şimal Donanmasının böyük desant gəmiləri "Aleksandr Otrakovski" və "İvan Qrin" Aralıq dənizinə doğru yola düşüb.

Tartus limanında ruslar avadanlıqların və hərbi əmlakın təcili sökülməsini həyata keçirir. Artıq geri çəkilmənin təhlükəsizliyini təmin etmək üçün bir neçə yüz Rusiya xüsusi təyinatlısı oraya gəlib.

Baş Kəşfiyyat İdarəsi Rusiya hərbçilərinin olduğu hərbi bazalardan birinin mühasirədə olduğunu bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO