Cənubi Koreya prezidenti xalqdan ÜZR istədi

Cənubi Koreya prezidenti xalqdan ÜZR istədi

Hazırda oxunan: Cənubi Koreya prezidenti xalqdan ÜZR istədi

224137

Cənubi Koreya Prezidenti Yun Sok Yol hərbi vəziyyətin elan olunmasına görə xalqdan üzr istəyib.

Bizim.Media xarici KİV-ə istinadən məlumat verir ki, dövlət başçısı televiziya ilə müraciətində hərbi vəziyyətin elanına görə hüquqi və siyasi məsuliyyətdən boyun qaçırmayacağını deyib.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma parlamentdə üstünlüyü olan müxalifətin səyi ilə Milli Assambleyada keçirilmiş gizli səsvermədə Prezidentin hərbi vəziyyət qərarı rədd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO