Əfqanıstanın dərinliklərində yatan GİZLİ SƏRVƏTLƏR – Dəyəri trilyonlarla ÖLÇÜLÜR...

Əfqanıstanın dərinliklərində yatan GİZLİ SƏRVƏTLƏR – Dəyəri trilyonlarla ÖLÇÜLÜR...

Hazırda oxunan: Əfqanıstanın dərinliklərində yatan GİZLİ SƏRVƏTLƏR – Dəyəri trilyonlarla ÖLÇÜLÜR...

223968

Rusiya Əfqanıstanın təbii sərvətlərini tədqiq etməyə başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Əfqanıstandakı Rusiya Biznes Mərkəzi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-dan Talibana TAPŞIRIQ – Əfqanıstan yeni savaşa SÜRÜKLƏNİR 


Bildirilib ki, mərkəzin vəzifəsi Talibana mədən işlərində kömək etmək üçün ölkənin mineral-xammal bazasının geoloji xəritəsini operativ şəkildə yaratmaqdır.

Mərkəzin rəhbəri Rüstəm Xabibullin “Baza” kanalına açıqlamasında bildirib ki, artıq Qunduz, Taxar və Bədəxşan əyalətlərində ekspedisiyalar keçirilib. 

“İlkin tədqiqatların nəticələri göstərdi ki, Əfqanıstandakı ehtiyatların həcmi əvvəllər sovet və Qərb geoloji təşkilatları tərəfindən verilən proqnozları xeyli üstələyir”.

Rusiya Biznes Mərkəzində Əfqanıstanın mineral-xammal bazası üzrə tədqiqat xidmətinə rəhbərlik edən geoloq Gennadi Teslenkonun sözlərinə görə, nümunə analizləri qiymətli metalların miqdarının proqnozlaşdırılandan səkkiz dəfə, nadir maddələrin miqdarının isə 12 dəfə çox olduğunu göstərib. 
 

“Burada gümüş, qızıl, platin, palladium kimi qiymətli metallar mövcuddur. Nadir maddələrə isə litium, tantal, niobium, sezium, rubidium, berilyum və kadmium daxildir”, - deyə o qeyd edib.


Qeyd edək ki, ABŞ Geoloji Tədqiqatlarına əsasən, Əfqanıstandakı təbii sərvətlərin təxmini dəyərinin 3 trilyon dollar oluğu təxmin edilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO