Medvedevdən XƏBƏRDARLIQ: “ABŞ Ukraynaya nüvə silahı ötürsə...”

Medvedevdən XƏBƏRDARLIQ: “ABŞ Ukraynaya nüvə silahı ötürsə...”

Hazırda oxunan: Medvedevdən XƏBƏRDARLIQ: “ABŞ Ukraynaya nüvə silahı ötürsə...”
222437
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Amerika siyasətçiləri və jurnalistləri nüvə silahının Kiyevə ötürülməsinin nəticələrini ciddi şəkildə müzakirə edirlər. Deyəsən, bəşəriyyətin əhəmiyyətli bir hissəsini özü ilə apararaq zərifcəsinə ölməyə qərar verən dəli qoca Bayden haqqında kədərli zarafatım qorxulu reallığa çevrilir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqram kanalında yazıb.

O bildirib ki, ABŞ Ukraynaya nüvə silahı ötürsə, o zaman Rusiya bunu nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin Əsaslarının bəndində nəzərdə tutulan hücum aktına bərabərləşdirəcək:

“Nüvə silahlarını ən böyük nüvə gücü ilə müharibə edən bir ölkəyə ötürmək? İdeyanın özü o qədər absurddur ki, belə bir addımın məqsədəuyğunluğunu müzakirə edənlərin hamısında paranoid psixozun olması ilə bağlı şübhələr yaradır. Yenə də cəfəngiyatı şərh etməliyəm.

Birincisi, nüvə silahının Kiyev rejiminə ötürülməsi təhlükəsinin özü Rusiya ilə nüvə münaqişəsinə hazırlıq sayıla bilər. İkincisi, bu cür silahların faktiki ötürülməsi nüvə silahına qarşı dövlət siyasətinin Əsaslarının 19-cu bəndinə uyğun olaraq ölkəmizə qarşı həyata keçirilmiş hücum aktına bərabər tutula bilər. Nəticələr göz qabağındadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO