Kəşmirdə ordu və müsəlmanlar arasında qanlı toqquşma 
 - 2 ölü, 50 yaralı

Kəşmirdə ordu və müsəlmanlar arasında qanlı toqquşma - 2 ölü, 50 yaralı

Hazırda oxunan: Kəşmirdə ordu və müsəlmanlar arasında qanlı toqquşma - 2 ölü, 50 yaralı

219441
Hindinstanın Kəşmir şəhərində polis və etirazçılar arasında qarşıdurma baş verib.

Bu barədə NDTV məlumat yayıb.Məlumata əsasən, yerli sakinlər polis və ordunun ötən gecə antiterror əməliyyalarına başladığı əraziyə yürüş ediblər. Tərəflər arasında baş verən toqquşmalar nəticəsində 50-yə yaxın insan xəsarət alıb. Qarşıdurma zamanı 2 nəfər dinc sakinin də həlak olduğu vurğulanıb.

Qeyd edilir ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi ardıcıl əməliyyatlar zamanı 8 terrorçu öldürülüb. Polislərdən isə 2 nəfər həlak olub.

Hisdistandamüsəlmanların çoxluq təşkil etdiyi yeganə ştatı Cammu və Kəşmirdir. Separatçıların aktiv olduğu ştatda müsəlmanlar müstəqillik əldə edib Pakistana birləşmək istəyirlər.

Qeyd edək ki, Kəşmirdə Hidistan və Pakistan arasında rəsmi sərhəd yoxdur.(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO