Qusarın ümumtəhsil məktəblərində “son zəng” çalındı - FOTOLAR

Qusarın ümumtəhsil məktəblərində “son zəng” çalındı - FOTOLAR

Hazırda oxunan: Qusarın ümumtəhsil məktəblərində “son zəng” çalındı - FOTOLAR

619086

13 iyun tarixində ölkənin ümumtəhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb. Qusar rayonunun ümumtəhsil məktəblərində də 2025-2026-cı tədris ilinin başa çatması münasibətilə ənənəvi “Son zəng” tədbirləri keçirilib.

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Hil kənd Kərim Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirində iştirak edib.

Tədbirdə həmçinin Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə,  Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov iştirak etmişdir.
 

“Son zəng” tədbirində çıxış edən Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə bildirib ki, Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət verilir:


“Təhsilin maddi-texniki bazası möhkəmlənir, keyfiyyəti yaxşılaşır, bu sahəyə investisiyalar qoyulur. Ölkəmizdə dövlət tərəfindən təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir”.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bütün məzunları təbrik edib, onlara uğurlar arzu edib. İcra başçısı nitqində bildirib ki, Azərbaycanda vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi olan təhsilə xüsusi həssaslıqla yanaşılır, təhsilin inkişafı naminə mühüm addımlar atılır:

“Təhsil sahəsində görülən işlər, qazanılan uğurlar növbəti illərdə də dövlətimizin daha yüksək nailiyyətlər əldə edəcəyinə təminat verir”. Rayon rəhbəri qeyd edib ki, bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, Qusar rayonunda da təhsil sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.
 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışaraq, gənclərin vətənpərvər, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmasının vacibliyini vurğulayıb, məzunlara uğurlar arzu edib.


Tədbirdə məktəbin direktoru Kamran Tahirov, şəhid bacısı Albina Ramazanova çıxış edərək məzunlara xoş arzularını çatdırıblar. Bildirilib ki, 2025-2026-cı tədris ilində Hil kəndi Kərim Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 621 şagird təhsil alıb. Bu il buraxılış və qəbul imtahanlarında 11-ci sinifdən 8 nəfər, 9-cu sinifdən isə 4 nəfər 200 baldan çox nəticə göstərib.

Respublika Fənn Olimpiadalarında (RFO) Qusar rayonu üzrə finala yüksələn altı nəfərdən 5-i məhz bu məktəbin şagirdidir. Məktəbin şagirdi Qəhrəman Məlikov isə RFO-da coğrafiya fənni üzrə ardıcıl ikinci dəfə qızıl medala layiq görülüb. Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri ilə davam edib.






































Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO