Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

Hazırda oxunan: Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

619009

Parkinqdə ödənişsiz dəqiqələr yoxdur... Qiymətlər 3 manatdan 25 manatadək dəyişir... Boş yer tapmaq müşkülə çevrilib...

Bizim.Media “Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtda avtomobillərin sayı artdıqca parkinq problemi də daha qabarıq şəkildə hiss olunur.

Xüsusilə, yeni tikilən yaşayış komplekslərinin ətrafında avtomobillərin səkilərdə, yol kənarlarında və hətta yaşıllıq sahələrində saxlanılması artıq adi hala çevrilib.

Bəs Bakıda çoxmərtəbəli parkinqlər niyə azdır?

Sürücülər bildirirlər ki, bəzi yaşayış binalarında yeraltı qarajlar olsa da, onların tutumu bütün sakinlərin ehtiyaclarını qarşılamır.
 

Nəqliyyat üzrə ekspertlər hesab edirlər ki, şəhərin müəyyən ərazilərində çoxmərtəbəli parkinqlərin inşası küçələrdə parklanmanın azalmasına və nəqliyyat axınının daha səmərəli təşkilinə kömək edə bilər.


Ekspert Adil Nəbiyevin sözlərinə görə, son illərdə tikilmiş bir çox yaşayış binalarında mənzillərin sayı ilə avtomobil dayanacaqlarının sayı arasında ciddi uyğunsuzluq müşahidə olunur. Onun fikrincə, bu problemin həlli istiqamətində əlavə tədbirlərin görülməsinə ehtiyac var.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO