MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

Hazırda oxunan: MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?
619025
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müəllimlərin işə qəbulu müsabiqəsinin qeydiyyat prosesi artıq yekunlaşıb.

Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yekunda 40 mindən artıq namizəd müvafiq sistemdən qeydiyyatdan keçib. Məlumatlar emal edildikdən sonra müraciət təsdiqlənərsə namizəd ödəniş mərhələsinə yönləndirilir.

İyul ayının əvvəlində müsabiqənin test imtahanı mərhələsinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən MİQ müsabiqəsi bu ildən etibarən ödənişli əsaslarla keçirilir və iştirak rüsumu 60 manat olaraq təyin edilib.

Qanunvericiliyə əsasən, aşağıdakı kateqoriyaya aid olan namizədlərdən 60 manat rüsum tələb olunmur :

* Müsabiqədə ilk dəfə iştirak edən namizədlər;

* Şəhid ailəsinin üzvləri;

* Müharibə veteranı adı almış şəxslər;

* Əlilliyi olan şəxslər;

* Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.

Namizədin ödənişdən azad olunan kateqoriyaya aid olub-olmaması aidiyyəti dövlət informasiya sistemləri üzərindən avtomatik yoxlanılacaq.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO