Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Hazırda oxunan: Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb
619050
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə keçirdikləri növbəti tədbir zamanı qanunsuz balıq ovu ilə məşğul olan daha bir şəxsi aşkar ediblər.

Bizim.Media xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, Bakı şəhər sakini, 57 yaşlı N.Əliyev Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində, Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olub.

Yoxlama zamanı ondan 2 ədəd tilovlu qarmaq, balıq tutmaq üçün sintetik tor, "Yamaha-25" markalı mühərriklə təchiz edilmiş qayıq, həmçinin ümumi çəkisi 31 kiloqram olan 35 ədəd kütüm balığı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO