Fikri Ataoğlu: “Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir”

Fikri Ataoğlu: “Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir”

Hazırda oxunan: Fikri Ataoğlu: “Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir”
619061
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan və Şimali Kipr arasındakı dostluq əlaqələri daha da möhkəmlənir.

Bizim.Media xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu Bakıda keçirilən Şimali Kipr Mədəniyyət Günü münasibətilə təşkil olunmuş mətbuat konfransında deyib.

Fikri Ataoğlu bildirib ki, parlamentlərarası əməkdaşlıq, qarşılıqlı səfərlər və birgə layihələr münasibətlərin daha da dərinləşməsinə töhfə verir.
 

“Azərbaycan və Şimali Kipr arasında dostluq və qardaşlıq əlaqələri gündən-günə güclənir. Xalqlarımız arasındakı yaxın münasibətlər əməkdaşlığımızın əsasını təşkil edir”, - Baş nazirin müavini vurğulayıb.


O qeyd edib ki, Şimali Kipr rəhbərliyi əlaqələrin inkişafına xüsusi önəm verir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

“Türkiyə ilə birlikdə dost və qardaş ölkələrlə münasibətlərimizin genişlənməsi üçün səylərimizi davam etdiririk. Azərbaycanla əməkdaşlığımızın gələcəkdə daha da inkişaf edəcəyinə inanırıq”,

- Baş nazirin müavini əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO