Qızılca əleyhinə peyvənd vurulmayan uşaqlar TƏHLÜKƏDƏ

Qızılca əleyhinə peyvənd vurulmayan uşaqlar TƏHLÜKƏDƏ

Hazırda oxunan: Qızılca əleyhinə peyvənd vurulmayan uşaqlar TƏHLÜKƏDƏ

619078

Hal-hazırda uşaqlar arasında müxtəlif viruslar geniş yayılıb.

Bəs bunun əsas səbəbi nədir?

Bizim.Media
Yurd.Media-ya istinadən xəbər verir ki, pediatrlar qızılca virusunun olduqca ağır və ölümcül gedişata malik xəstəlik olduğunu bildirir.

Onların sözlərinə görə, xəstəliyin ağır gedişatının qarşısını almaq üçün peyvənd olunmaq zəruridir. Peyvənd edilmiş uşaqlarda xəstəlik ya baş vermir, ya da çox yüngül formada keçir. Ölüm halları məhz peyvənd olunmamış uşaqlar arasında qeydə alınır.
 

Qızılca virusuna qarşı peyvənd 2 doza şəklində həyata keçirilir. Birinci doza uşaq 1 yaşını tamamlayanda, ikinci doza isə məktəbəqədər dövrdə, yəni 6 yaşında tətbiq olunur. Əgər valideyn övladını qızılca əleyhinə peyvənd etdirməyibsə və uşaq artıq böyük yaşdadırsa, 1 ay fasilə ilə hər iki dozanı vurdura bilər.


Təəssüf ki, ölkəmizdə qızılcadan həyatını itirən uşaqların sayı kifayət qədər çoxdur. Məhz bu uşaqlar peyvənd olunmamış uşaqlardır.

Peyvənd edilmiş uşaqlarda xəstəlik daha yüngül formada keçir. Onlarda qızılcanın ağırlaşmaları olan pnevmoniya, orta qulaq iltihabı, ağciyər iltihabı, korluq, ensefalit kimi fəsadlar çox nadir hallarda müşahidə olunur.

Əsas etibarilə peyvəndsiz və ya yalnız 1 doza peyvənd vurulmuş uşaqlar xəstəliyə yoluxur və ağır keçirir. Xəstəlikdən vəfat etmiş uşaqların demək olar ki, böyük faizi peyvənd olunmamış uşaqlardır.

Buna görə də peyvəndin edilməsi son dərəcə vacibdir. Valideynlər əgər uşaqlarına peyvənd etdirməyiblərsə, vaxt itirmədən övladlarını peyvənd etdirməlidirlər. Çünki bu xəstəliyə yoluxma halları hələ də davam edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO