Türkiyənin Ağrı şəhərində gənc müəllimin şübhəli şəkildə həyatını itirməsi ictimaiyyətdə böyük rezonans doğurub.
Bizim.Media Türkiyə mediasına istinadən məlumatına görə, həyatının baharında vəfat edən İrmak Ayşe Koparanın səs yazısının ortaya çıxması hadisəyə dair yeni iddiaları gündəmə gətirib.
İddialara əsasən, müəllim şikayət etdiyi məktəb rəhbəri əvəzinə uzaq kənd məktəbinə göndərilib. Onun yaşayış şəraitinin təmin olunmadığı, hər gün işə getmək üçün təxminən 3 min TL taksi xərci ödəmək məcburiyyətində qaldığı bildirilir.
Səs yazısında müəllimin çarəsiz vəziyyəti və yaşadığı çətinlikləri ifadə etdiyi iddia olunur. Bu vəziyyətin onun üzərində ciddi psixoloji təzyiq yaratdığı qeyd edilir.
Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilir. Məsələ Türkiyə ictimaiyyətində geniş müzakirələrə səbəb olub və sosial şəbəkələrdə böyük narahatlıqla izlənilir.
Bizim.Media

- A-
- A
- A+
Region
14:37 / 13.06.2026
Türkiyədə ölü tapılan müəllimin SƏS YAZISI yayıldı -VİDEO
Hazırda oxunan: Türkiyədə ölü tapılan müəllimin SƏS YAZISI yayıldı -VİDEO
Hazırda oxunan: Türkiyədə ölü tapılan müəllimin SƏS YAZISI yayıldı -VİDEO
619068
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































