Rusiya XİN Moldovadakı seçkiləri qeyri-demokratik adlandırdı

Rusiya XİN Moldovadakı seçkiləri qeyri-demokratik adlandırdı

Hazırda oxunan: Rusiya XİN Moldovadakı seçkiləri qeyri-demokratik adlandırdı
219241
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moldovada seçkilər tarixin ən qeyri-demokratik seçkiləri olub.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı şərhində bildirib.

Onun sözlərinə görə, bu, Moldova müstəqilliyinin bütün illərində mübaliğəsiz ən qeyri-demokratik seçki kampaniyası olub.

Zaxarova qeyd edib ki, Moldova hakimiyyəti seçkilərdə çoxsaylı saxtakarlıqlara yol verib:

"Hakimiyyət tərəfindən müxalifətə və müstəqil mediaya, xüsusən də rusdilli mediaya qarşı misli görünməmiş repressiyalar həyata keçirilib. Qərb ölkələrinin seçki prosesinə aşkar müdaxiləsi olub. Hakimiyyət orqanları tərəfindən inzibati resurslardan geniş miqyasda istifadə olunub.
Rəsmi Kişinyovun Rusiyada yaşayan moldovalı seçicilərə qarşı ayrı-seçkiliyi xüsusi qeyd edilməlidir. Ölkəmizdə sayı müxtəlif hesablamalara görə 500 min nəfərə çatan Moldova diasporu üçün birinci turda olduğu kimi cəmi iki seçki məntəqəsi açılıb.

Müqayisə üçün: 500 minə yaxın moldovanın da yaşadığı Qərbi Avropa və Şimali Amerikada 200-dən çox seçki məntəqəsi yaradılıb və bir sıra ölkələrdə Moldova vətəndaşlarına poçt vasitəsilə səs verməyə icazə verilib".

Rusiya XİN rəsmisi vurğulayıb ki, Maya Sandunun seçkilərdə qələbəsi Qərb ölkələrindəki diasporların səsləri ilə təmin edilib.

Zaxarova əlavə edib ki, Moldova hakimiyyəti Rusiya Federasiyası ilə əlaqələri dəstəkləyən vətəndaşların maraqlarını nəzərə almalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO