Bəşər Əsəd növbəti dəfə ümumi amnistiya elan etdi

Bəşər Əsəd növbəti dəfə ümumi amnistiya elan etdi

Hazırda oxunan: Bəşər Əsəd növbəti dəfə ümumi amnistiya elan etdi
212674
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suriya prezidenti Bəşər Əsəd 22 sentyabr 2024-cü il tarixinədək törədilmiş cinayətlər və qanun pozuntuları üçün ümumi amnistiya nəzərdə tutan fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, Suriyanın SANA xəbər agentliyində dərc olunan xəbərə görə, fərman 3 ay ərzində ölkə daxilində, 4 ay ərzində xaricdə təslim olan məhkumlarla yanaşı, gizlənən və hüquq mühafizə orqanlarından qaçan məhkumlara da şamil olunacaq.

Bundan başqa, cəmiyyətə və dövlətə qarşı təşkil olunan bəzi ağır cinayətlər, rüşvətxorluq, vəzifə saxtakarlığı və ümumi mənəviyyata zidd olan bəzi cinayətlər istisna olmaqla, bütün cinayətlərə və pozuntularla bağlı cəzalara ümumi amnistiya nəzərdə tutulur.

Bütün baş verənlərə baxmayaraq kreslosunu qoruyub saxlayan Suriya prezidenti Bəşər Əsəd müharibə səbəbilə ölkəni tərk etmiş vətəndaşlarının ölkəyə qayıtması üçün amnistiya elan etməyə davam edir.

Qeyd edək ki, bundan əvvəl də 25 dəfə Suriya xalqı üçün əfv elan edən və geri qayıtmalarını istəyən Əsəd bu çağırışlarda uğur qazmasa da çağırışlarını davam etdirməkdən əl çəkmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO