İstanbulda iki metrobus toqquşdu: 1 ölü, 38 yaralı var - FOTO/VİDEO

İstanbulda iki metrobus toqquşdu: 1 ölü, 38 yaralı var - FOTO/VİDEO

Hazırda oxunan: İstanbulda iki metrobus toqquşdu: 1 ölü, 38 yaralı var - FOTO/VİDEO
208917
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbulun Küçükçekmece bölgəsində metrobusların toqquşması nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla 38 nəfər yaralanıb. Qəza səbəbindən metrobus yolunda hər iki istiqamətdə uzun müddət xidmətlər dayandırılıb. Hadisəni törədən sürücülərdən biri saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "trthaber.com" saytı yayıb.

Mənbə qeyd edir ki, Beylikdüzü istiqamətində hərəkət edən metrobus Sefaköy ərazisində idarəetmədən çıxaraq qarşı tərəfdən gələn metrobuslə toqquşub. Metrobus daha sonra sürüşərək baryerlərə çırpılıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis, xilasetmə və tibb qrupları göndərilib.

Xilasetmə qrupları metrobusun altında qalan 2 nəfəri xilas edib. Yaralılar sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra ətraf xəstəxanalara aparılıb.

Qəzaya uğrayan metrobusların şüşələrinin sındığı, ön və daxili hissələrinin zədələndiyi müşahidə edilib.

Bu arada qəzadan xəsarət almadan xilas olan sərnişinlər metrobus yolundan keçərək dayanacaqlara çatmağa çalışırlar.

Qəza səbəbindən metrobus yolunda hər iki istiqamətdə gedişlər həyata keçirilə bilməyib, nəticədə uzun nəqliyyat növbəsi və sərnişin sıxlığı yaranıb.

Qəza ilə bağlı Küçükçekmece Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.



İstanbulda iki metrobus toqquşdu: 1 ölü, 38 yaralı var - FOTO/VİDEO - foto 1
İstanbulda iki metrobus toqquşdu: 1 ölü, 38 yaralı var - FOTO/VİDEO - foto 2
İstanbulda iki metrobus toqquşdu: 1 ölü, 38 yaralı var - FOTO/VİDEO - foto 3
İstanbulda iki metrobus toqquşdu: 1 ölü, 38 yaralı var - FOTO/VİDEO - foto 4
İstanbulda iki metrobus toqquşdu: 1 ölü, 38 yaralı var - FOTO/VİDEO - foto 5
İstanbulda iki metrobus toqquşdu: 1 ölü, 38 yaralı var - FOTO/VİDEO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO