Suriyalılar türk vətəndaşlığından imtina etdi

Suriyalılar türk vətəndaşlığından imtina etdi

Hazırda oxunan: Suriyalılar türk vətəndaşlığından imtina etdi

206240
Türkiyədə kamplarda məskunlaşan 260 min suriyalı qaçqın vətəndaşlıq təklifindən imtina ediblər.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, suriyalı qaçqınlar bunu vətəndaş olduqdan sonra sığınacaq ev tapmaq çətinliyi və humanitar yardımların kəsiləcəyi ilə izah ediblər.

Suriya qaçqınlarının yalnız 15 faizi vətəndaşlıq təklifini qəbul ediblər. Türkman Dərnəyi başqanı Ayxan Barakın sözlərinə görə, təkcə Malatya şəhərində 9 mindən çox qaçqın düşərgədə qalır:

“Onların əsas problemi yaşamaq yeridir. Hazırda hər ailəyə 100 lirə yardım verilir, kommunal xərcləri qarşılanır.

Amma vətəndaşlıq aldıqdan sonra bu imtiyazlardan məhrum olunacaqlar. Hazırda Almaniyadan da Yunanıstan üzərindən Türkiyəyə suriyalı köçü var”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO