Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşdü – FOTO

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşdü – FOTO

Hazırda oxunan: Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşdü – FOTO

622561

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da Şəkidə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində olub.

Bizim.Media xəbər verir ki, Leyla Əliyeva müəssisədəki uşaqların iştirakı ilə nümayiş etdirilən bədii proqramı izləyib. Həmçinin uşaqlara hədiyyələr təqdim edilib, onlarla şəkillər çəkdirilib.

Qeyd edək ki, 1936-cı ildən 2 nömrəli Uşaq evi kimi fəaliyyətə başlayan müəssisə 1988-ci ildən Şəki Qarışıq Tipli Uşaq Evi adı ilə fəaliyyətini davam etdirib. 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə müəssisənin yeni inşa olunan binası istifadəyə verilib.

Müəssisədə valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşayırlar.

Burada uşaqlara sosial uyğunlaşmanın təmin olunması üçün sosial reabilitasiya tədbirləri həyata keçirilir, asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif xidmətlər göstərilir.

Müəssisədəki uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər ilə təmin olunurlar.

























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO