“Vergi Məcəlləsinə” təklif edilən dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, yeni dəyişikliklərin qəbulu neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradacaq:
“Bu dəyişikliklər sahibkarların depozit hesabından istifadə imkanlarını genişləndirəcək. Yeni qaydalar vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün isə əlavə maliyyə mənbələrinin yaradılmasına, son nəticədə qeyri neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək.
Belə ki, bir sıra hallarda sahibkarın depozit hesabında vəsaiti olsa da belə ondan sosial ödənişlər üçün istifadə edə bilmirdi.
Nəticədə, sahibkarın passiv vəsaitinin olmasına baxmayaraq digər resurslarını sosial ödənişlərə yönəltməli olurdu. Bu isə, vəsaitlərin səmərəli istifadəsi baxımdan heç də arzuoluan hesab olunmurdu. Və ya bir sıra hallarda vəsait çatışmazlığı səbəbindən sosial ödənişləri vaxtında yerinə yetirməkdə çətinlik yaradırdı.
Yeni dəyişiklik, belə ödənişlərdə sahibkarlara seçim imkanı verəcək. Əgər depozit hesabında pul varsa digər vəsaiti sosial ödənişə yönəltməyə ehtiyac qalmayacaq. Yeni qaydalar təsdiq olunduqdan sonra 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq”.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:04 / 01.07.2026
Sahibkarlara ŞAD XƏBƏR – ƏDV-nin depozit hesabından DSMF-yə köçürməyə imkan yaradılır – FOTO
Hazırda oxunan: Sahibkarlara ŞAD XƏBƏR – ƏDV-nin depozit hesabından DSMF-yə köçürməyə imkan yaradılır – FOTO
Hazırda oxunan: Sahibkarlara ŞAD XƏBƏR – ƏDV-nin depozit hesabından DSMF-yə köçürməyə imkan yaradılır – FOTO
622567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































