Merkel təqaüdə çıxdıqdan sonra nə edəcək? - “Bir az yatacağam, təbiətdə gəzib düşünəcəyəm” 

Hazırda oxunan: Merkel təqaüdə çıxdıqdan sonra nə edəcək? - “Bir az yatacağam, təbiətdə gəzib düşünəcəyəm” 

20209

Almaniya lideri Angela Merkel tədbirdə moderatorun “Təqaüdə çıxdıqdan sonra nə işlə məşğul olacaqsınız?” sualına cavab verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Kansler hər şeydən öncə bir az yatacağını deyib:

“Hansı işlə məşğul olacağım haqda isə vəzifəm bitdikdən sonra düşünəcəyəm”.
Xatırladaq ki, Merkel 2005-ci ildən bu yana Almaniyaya rəhbərlik edir və hazırkı vəzifə müddəti sonuncu hesab edilir.

Sentyabr ayında Almaniyada parlament seçkiləri keçiriləcək, nəticələrdən sonra yeni kansler ilə yeni hökumət qurulacaq.

"İndi iş pandemiya zamanı məndən çox şey tələb edir, ona görə nə edəcəyimi düşünməyə vaxtım yoxdur. Və təqaüdə çıxdıqdan sonra bir az yatacağam, təbiətdə gəzib düşünəcəyəm. Tam olaraq nə istədiyimi səbirsizliklə gözləyirəm, amma hələlik işimi görməkdən həzz alıram”.

Merkel Niderlandın nasist işğalından qurtuluşunun 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə planlarla bağlı moderatorun sualını cavablandırarkən belə deyib. 

Moderatorun “Belə çıxır ki, təqaüddən söhbət gedə bilməz” replikasına isə Merkel "Görəcəyik" cavabını verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO