Suriyada Türkiyəyə məxsus hərbi və mülki obyektlərə HÜCUM EDİLİB - VİDEO

Suriyada Türkiyəyə məxsus hərbi və mülki obyektlərə HÜCUM EDİLİB - VİDEO

Hazırda oxunan: Suriyada Türkiyəyə məxsus hərbi və mülki obyektlərə HÜCUM EDİLİB - VİDEO
199975
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə ordusunun Suriyadakı mövcudluq zonası boyu nümayişlər başlayıb.

Bizim.Media xəbər verir ki, suriyalılar türk hərbi bazalarına hücumlar ediblər.

Suriyanın şimalındakı bir sıra yaşayış məntəqələrində nümayişçilər Türkiyə bayraqlarını cırıb, yerli türkyönlü hakimiyyət orqanlarına və türk işçilərə hücum edib, şüşələri sındırıb, onlara məxsus yük və minik avtomobillərinə atəş açıblar.

Nümayişlərin dünən Kayseridə baş verənlərlə bağlı olduğu bildirilir. Belə ki, ötən gün suriyalı qaçqının 5 yaşlı qıza təcavüz etməsindən sonra Türkiyədə etirazlar başlayıb. Kayseri şəhərində etirazçılar avtomobilləri aşıraraq Suriya dükanlarını yandırıblar. Qəzəbli izdiham şübhəlini döyərək linç etmək istəsə də, polis həmin şəxsi aparıb.

 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO