Xəstəxananın direktorları əlbir olub işçilərin maaşlarını MƏNİMSƏDİLƏR

Xəstəxananın direktorları əlbir olub işçilərin maaşlarını MƏNİMSƏDİLƏR

Hazırda oxunan: Xəstəxananın direktorları əlbir olub işçilərin maaşlarını MƏNİMSƏDİLƏR
197796
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş direktorları - Səidə Şahpələngova və Ələkbər Əkbərov, hazırkı maliyyə şöbəsinin müdiri Asif Həsənova hökm oxunub.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, onlar Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndiriliblər.
Sözügedən şəxslərlə bərabər və eyni maddə ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasının sabiq xəzinədarı və terapiya şöbəsinin müdirinə də cəza verilib.

Belə ki, 2007-ci ildən 2022-ci ilin iyul ayınadək Ələkbər Əkbərov, Səidə Şahpələngova və digər təqsirləndirilən şəxslər əlbir olaraq hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən, əmək müqavilələri əsasında 10 nəfəri işə götürərək onların adlarına yazılmış ümumilikdə 206 316 manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyiblər.

Pulun 20 faizi işçilər, qalanı isə baş həkimlər arasında bölünüb.
Məhkəmənin hökmü ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi və direktoru Ələkbər Əkbərova iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunub.

Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi və direktoru Səidə Şahpələngova altı il müddətə azadlıqdan məhrum etmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib. Asif Həsənova və sabiq xəzinədara beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunub.

Xəstəxananın terapiya şöbəsinin müdiri isə beş il müddətə azadlıqdan məhrum etmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO