"Rusiya Federasiyası ilə danışıqların lazım olacağı an gələcək. Lakin bizim mövqeyimiz dəyişməz olaraq qalır. Rusiyanın bizimlə ultimatum dilində danışmasına imkan verməyəcəyik".
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba Bürgenştokda jurnalistlərə açıqlaması zamanı bildirib.
Kuleba qeyd edib ki, ötən gün İsveçrədə keçirilən Sülh Sammitində ümumi bəyannamə üzərində iş yekunlaşıb:
“Orada Ukraynanın təkid etdiyi prinsipial mövqelər nəzərə alınır. Sammitdə alternativ planlara baxılmayıb - bu sammit Zelenskinin sülh düsturuna əsaslanır”.
Qeyd edək ki, İsveçrədə Qlobal Sülh Sammiti davam edir. İyunun 16-da Ukrayna sülh formulunun üç bəndi üzrə üç işçi sessiya planlaşdırılır: nüvə və ərzaq təhlükəsizliyi, ukraynalı uşaqların, məhbusların və mülki girovların qaytarılması.
Daha sonra Sammit iştirakçıları olan 90-dan çox ölkə və səkkiz beynəlxalq təşkilat birgə kommünike qəbul edəcəklər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:10 / 16.06.2024
Ukrayna XİN: “Rusiyanın bizimlə ultimatum dilində danışmasına imkan verməyəcəyik\"
Hazırda oxunan: Ukrayna XİN: “Rusiyanın bizimlə ultimatum dilində danışmasına imkan verməyəcəyik\"
Hazırda oxunan: Ukrayna XİN: “Rusiyanın bizimlə ultimatum dilində danışmasına imkan verməyəcəyik\"
197564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.