"Hitlerin xəzinələri" haqqında yeni məlumatlar var - Görün hansı ölkədə tapıldı - FOTO

Hazırda oxunan: "Hitlerin xəzinələri" haqqında yeni məlumatlar var - Görün hansı ölkədə tapıldı - FOTO
19492
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşanın xəzinə axtaranları II Dünya Müharibəsi zamanı 48 qutu nasist zinət əşyasının olduğu yerlər haqqında yeni məlumatlar əldə ediblər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “The Sun” nəşri yayıb.

Mənbə yazır ki, xəzinələrin Minkovskie kəndinin ərazisində 17-ci əsrdə tikilən qalanın altında gizlədildiyi ehtimal olunur. Nasistlərin bu saraydan fahişəxana kimi istifadə etdiyi məlumdur.

Mütəxəssislər inanırlar ki, xəzinələr arasında suya davamlı qutulara qoyulmuş Breslau qızılı, qiymətli kağızlar və muzey əşyaları var. 

Həm də orada təxminən on ton qızılın saxlanıldığını düşünürlər. Xəzinənin 700 milyon dollar olduğu təxmin edilir.

Qeyd edək ki, "Hitler xəzinələri" ilk dəfə SS zabiti Egon Ollenhauerin gündəliyindən səhifələr dərc edildikdən sonra məlum olub. 

Qızıl, sikkə, zərgərlik və sənət əsərləri ilə yüklənmiş təxminən 260 yük maşınından ibarət olan zinət əşyalarının yerindən bəhs edilib.

Xatırladaq ki, 2015-ci ildə iki Polşa xəzinə axtaranı "Hitlerin qızıllarını” tapdıqlarını elan ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO