Ermənilər Qarabağda  növbəti haram içki festivalı keçirdi -Fotolar+Video

Ermənilər Qarabağda növbəti haram içki festivalı keçirdi -Fotolar+Video

Hazırda oxunan: Ermənilər Qarabağda növbəti haram içki festivalı keçirdi -Fotolar+Video

192153
Ötən şənbə Azərbaycanın işğal altındakı Xocavənd rayonunun Tuğ kəndində 4-cü şərab festivalı təşkil edildi. Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir. Minlərlə qonağın qatıldığı tədbir yenə də məşhur Tuğ kəndində erməni kimi təbliğ edilən XVIII əsr alban Dizaq məliyi Məlik Yeganın tarixi sarayının ərazisində baş tutub. Düşmən mənbələri Ermənistan və işğal altındakı Qarabağ şirkətlərinin təmsil olunduğu festivalda Rusiya, Belarus, İtaliya və digər Avropa ölkələrindən onlarla turistin qatılıdığını xa0iddia edirlər. Tədbirdə müxtəlif markalı haram içkilərin satışı təşkil edilib. Şuşada fəaliyyət göstərən xa0“Şuşi bend”x9d ansamblının iştirakıyla konsert təşkil edilib. Ermənilər Azərbaycan tarixi abidələrinin xarabalıqları üzərində milli rəqslərimizi oynayıb, o cümlədən yallı gediblər.xa0
P.S. Qeyd edək ki, ermənilər ciddi-cəhdlə XVIII əsrdə Qarabağ bəylərbəyliyinə daxil olmuş xristian dininə mənsub qədim türk tayfalarının rəhbərlik etdiyi 5 məliklikdən biri olan Dizaq məliyi Məlik Yeqanın törəmələri olan və sonradan əksəriyyəti müsəlman dinini qəbul edən Məlikaslanov və Məlikyeqanovların nümayəndələri hazırda da Azərbaycanda, Bakıda yaşayır. Bu nəslin yetişdirdiyi xa0məşhur tarixi şəxsiyyətlərdən 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü olmuş, Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atmış, Azərbaycan Cümhuriyyətinin banilərindən biri, 1919-1920-ci illərdə Lənkəranın general-qubernatoru olmuş, 1930-cu ildə həbs edilərək 1942-ci ildə Sibirdə- sürgündə vəfat etmiş Cavad bəy Rza bəy oğlu Məlikyeqanovu nümunə göstərmək olar. Bundan əlavə, o, 1919-cu ilin oktyabrında Müsavat Partiyasının ikinci qurultayında mandat komissiyasının üzvü olmuş, elə həmin ay partiyanın Bakı komitəsinə seçilmiş, Türk Fəhlə Konfransının təşkilatçılarından olmuşdur. Görəsən, ermənisoylu biri Azərbaycanın müstəqilliyi uğrunda savaşar, türkçülük əqidəli bir partiyanın üzvü olardımı?..

P.P.S. Tarixçilərimizin bu mövzuda dəlilli açıqlamalarını dərc etməyə hazırıq.

Sultan Laçınxa0


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO