Yaponiyada bakılı kəşfiyyatçı Rixard Zorgenin xatirəsi yad edildi

Yaponiyada bakılı kəşfiyyatçı Rixard Zorgenin xatirəsi yad edildi

Hazırda oxunan: Yaponiyada bakılı kəşfiyyatçı Rixard Zorgenin xatirəsi yad edildi

191006

Yaponiyanın paytaxtı Tokioda sovet kəşfiyyatının zabiti, əslən Bakıdan olan Rixard Zorgenin xatirəsi yad edilib.

Bizim.Media xəbər verir ki, İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar əfsanəvi kəşfiyyatçının Futyu şəhərindəki Tama qəbiristanlığında məzarı ziyarət olunub.

Tədbirdə Azərbaycan, Rusiya, Qırğızıstan, Tacikistan, Özbəkistan səfirləri, Belarusun Yaponiyadakı müvəqqəti işlər vəkili, eləcə də Qazaxıstan səfirliyinin müşaviri iştirak ediblər.

Alman faşizminə və yapon militarizminə qarşı apardığı mübarizə ilə tarixə qəhrəman kimi düşən Rixard Zorge XX əsrin əfsanəvi kəşfiyyatçısı hesab edilir. Atası alman, anası isə rus olan R.Zorge 1895-ci il oktyabrın 5-də Bakıda anadan olub.

Məhz R.Zorgenin Moskvaya ötürdüyü məlumatlar II Dünya müharibəsinin gedişinə böyük təsir göstərmiş, sovet qoşunlarının almanların hücumunun qarşısını almasına və əks hücuma keçməsinə səbəb olmuşdu.

Rəsmi olaraq o, Alamniyanın “Frankfurt Tsaytunq” qəzetinin müxbiri hesab edilirdi. Onun qarşısında duran əsas vəzifə isə Yaponiya imperiyasının atacağı addımların istiqamətini müəyyənləşdirməkdən ibarət idi.

R.Zorgenin informatorları arasında həmin vaxt Yaponiyanın Baş Naziri olmuş Konoe Fumimaronun müşavirləri də var idi. Bu, ona gizli informasiyaya çıxış əldə etmək imkanı yaratmışdı.

Səkkiz illik kəşfiyyatçı fəaliyyətindən sonra R.Zorge yaşadığı evdə həbs olunmuşdu. Bu, Pörl-Harbor əməliyyatından cəmi iki ay əvvəl, 1941-ci ilin oktyabrında baş vermişdi. Rixard Zorge saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində Tokio vaxtı ilə 10:20 də asılaraq edam edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO