Bayden Ukrayna, İsrail və Tayvana yardımlarla bağlı qanun layihələrini İMZALADI - VİDEO

Hazırda oxunan: Bayden Ukrayna, İsrail və Tayvana yardımlarla bağlı qanun layihələrini İMZALADI - VİDEO

188817

ABŞ Prezidenti Cozef Bayden ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilən Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

Bizim.Media "Reuters"ə istinadən xəbər verir ki, artıq yardımların müvafiq ölkələrə tədarükünə başlanılacaq.

Qeyd edək ki, ötən gün ABŞ Senatında qanun layihələri təsdiq edilib.

Xatırladaq ki, qanun layihələri aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilib.

Layihələr Ukrayna üçün 60,8 milyard dollar, İsrailə 26,4 milyard dollar,  Tayvana isə 8,1 milyard dollar maddi yardımları əhatə edir.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO