Rusiya və Ukrayna kibercinayətkarlığa görə dünya reytinqində LİDERDİRLƏR

Hazırda oxunan: Rusiya və Ukrayna kibercinayətkarlığa görə dünya reytinqində LİDERDİRLƏR

186701

Rusiya və Ukrayna kibercinayətkarlığa görə dünya reytinqində liderdirlər.

Bizim.Media bu barədə Oksford universitetinin araşdırmasının nəticəsinə istinadən xəbər verir.

Bildirilib ki, Rusiyanı bu siyahıda ilk yerdədir. Rusiyadan sonra siyahıda Ukrayna, Çin, ABŞ və Nigeriya gəlir.

Məlumata görə, alimlər üç ildir ki, kibercinayətlərin daha çox haradan qaynaqlandığını öyrənirlər. Onlar kibercinayətin beş vacib növünün əsas mənbəyinin hansı ölkələrin olduğunu öyrənmək üçün dünyanın müxtəlif ölkələrindən 92 ekspert arasında sorğu keçiriblər.
Adıçəkilən ölkələrdən başqa, ilk onluğa Rumıniya, Şimali Koreya, Böyük Britaniya, Braziliya və Hindistan da daxil olub.

Tədqiqatın müəlliflərindən biri Miranda Bryusun sözlərinə görə, bu məlumatlar milli kibertəhlükəsizlik orqanlarına haker fəaliyyətinin əsas mərkəzlərinin harada yerləşdiyini daha yaxşı anlamağa kömək edəcək: “Biz indi kibercinayətlərin coğrafiyasını və fərqli ölkələrin müxtəlif kibercinayətkarlıq növləri üzrə necə ixtisaslaşdığını daha yaxşı başa düşürük”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO