Keyt Middlton kral ailəsinin ən populyar üzvüdür

Keyt Middlton kral ailəsinin ən populyar üzvüdür

Hazırda oxunan: Keyt Middlton kral ailəsinin ən populyar üzvüdür

186632

Uels şahzadəsi Keyt Middlton Britaniya kral ailəsinin ən populyar üzvü seçilib.

Bizim.Media xəbər verir ki, Britaniyanın beynəlxalq internet əsaslı bazar araşdırması və məlumat analitik şirkəti “YouGov”un keçirdiyi yeni sorğuya əsasən, britaniyalıların 76 faizi Keytə müsbət münasibət bəsləyir. Bununla da o, kral ailəsinin ən populyar üzvü seçilib. Bu göstərici ilin əvvəlindən bu yana altı ballıq artım deməkdir.

Keyt Middltonun populyarlığının artmasına səbəbi kimi bu yaxınlarda xərçəng xəstəliyinə tutulduğunu etiraf edən videomesaj yayması göstərilir.
Qeyd edək ki, Keyt Middlton Kral Çarlzın varisi, Uels Şahzadəsi Uliyamla evlidir. Onların üç övladı var.

Xatırladaq ki, Keyt Middlton xəstəliyini etiraf edənə qədər ictimaiyyət qarşısında çıxış etməyib, eləcə də foto və videolarını paylaşmayıb. Bu səbəbdən mətbuatda onun səhhəti ilə bağlı bir sıra iddialar səsləndirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO