ABŞ qəbiristanlıqlarında Ukraynada ləğv edilən muzdluların məzarları tapılıb - FOTO

Hazırda oxunan: ABŞ qəbiristanlıqlarında Ukraynada ləğv edilən muzdluların məzarları tapılıb - FOTO

186541

ABŞ-dakı qəbiristanlıqlarda Rusiya hərbçiləri tərəfindən Ukraynada məhv edilən  muzdluların məzarları aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Məlumatda deyilir ki, Virciniyadan Kaliforniyaya qədər qəbiristanlıqlar “muzdlu əsgərlər”in məzarları ilə doludur.

Nəzərə alaq ki, martın 14-də Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyat  zamanı öldürülən əcnəbi muzdluların sayını açıqlayıb.Həmin məlumata görə, Ukraynada 5 min 962 əcnəbi muzdlu öldürülüb.Həmin müzdluların 1113 nəfəri  ABŞ-dan gəlib. 

Nazirliyin mənbəsi tərəfindən məzarı aşkar edilən muzdlulardan biri 50 yaşlı təqaüdçü ABŞ dəniz piyadası Qredi Kurpasidir. O münaqişənin başlamasından cəmi iki ay sonra öldürülüb. Lakin ABŞ-da dəfn mərasimi yalnız 2024-cü ilin martında baş tutub. Buna qədər o itkin düşmüş hesab olunurdu. Kurpasi Vaşinqton yaxınlığındakı Arlinqton Milli Qəbiristanlığında dəfn edilib.

Məhv edilmiş digər muzdlu keçmiş dəniz piyadası Yan Tortoricidir. Ukraynanın Xarici Legionunda xidmət edib və “Hərbi xidmətlərə görə” medalı alıb, 2023-cü ilin iyununda Kramatorskda öldürülüb. Muzdlu əsgər Kaliforniyada hərbi şərəflə dəfn edilib.

Məhv edilən başqa bir muzdlu isə Brian Youngdur. 2022-ci ilin iyulunda tankların atəşi  nəticəsində öldürülüb. Maraqlıdır ki, müharibə başlamazdan əvvəl o  Gürcüstanda yaşayırdı. Onun iki qızı qalıb.

Brian Youngdur Kaliforniya ştatında dəfn edilib və məzarı üstündəki abidənin üzərində "yeni macəralara doğru" sözləri yazılıb.

Könüllü Dane Partirge də  Ukraynada məhv edilib. Keçmişdə o, İraqda xidmət edib və 2022-ci ilin aprelində Ukrayna tərəfinə keçib. O, Aydaho qəbiristanlığında dəfn edilib. Həyat yoldaşı və beş uşağı qalıb.

Yanvarın sonunda Fransanın ən yaxşı snayperi adlandırılan muzdlu Ernesto Barbierinin öldürülməsi bağlı məlumat yayılmışdı. O, Xarkov yaxınlığında onların dislokasiya məntəqəsinə endirilən zərbələr nəticəsində həlak olan hərbçilər arasında idi. Ondan əlavə, Xarkovda ən azı 13 fransız muzdlusu məhv edilib.

Rusiya Müdafiə Nazirliyi onu da qeyd edib ki, xarici muzdlular Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün Xarkova gəlirlər. Belə ki, bölgəyə Fransa və Gürcüstandan muzdlular, həmçinin Rusiya Könüllülər Korpusunun silahlıları gəlib.

Xarkova gələn muzdlular arasında Baltikyanı ölkələrlə yanaşı, Çexiya, Rumıniya və Polşa vətəndaşları da var. Onlarla birlikdə texnika və sursat Xarkova çatdırılıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynaya muzdluların göndərilməsinə görə Polşa liderdir.


Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO