Romadan ÖRNƏK DAVRANIŞ – İtaliya AŞPA-dakı səhvindən nəticə ÇIXARIR?

Romadan ÖRNƏK DAVRANIŞ – İtaliya AŞPA-dakı səhvindən nəticə ÇIXARIR?

Hazırda oxunan: Romadan ÖRNƏK DAVRANIŞ – İtaliya AŞPA-dakı səhvindən nəticə ÇIXARIR?

185681

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid edib və bildirib ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır.

Maraqlıdır, İtaliya AŞPA məsələsindən sonra öz səhvini anlayıb. Yoxsa reallıq başqadır?
 

MÖVZU İLƏ BAĞLI:

Roma Papası Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən danışdı


Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatları Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməyib. Sözügedən ölkələr sırasında İtaliya da yer almışdı.

Politoloq Natiq Miri mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, İtaliyanı təmsil edənlər parlamentarilərdir:

“Burada müxtəlif siyasi qüvvələr var. Məsələn, hakimiyyətdə olmayan müxalif qüvvələri qeyd edə bilərik. Eyni zamanda, müxtəlif maliyyə şəbəkələrinə xidmət mərkəzləri vurğulamalıyıq. Onları idarə edən vəkillər var. Ona görə də burada monolit siyasi komanda olaraq İtaliyanın AŞPA-da ədalətli fəaliyyətini gözləmək doğru olmazdı.

İtaliyanın yeni hökumət başçısı hakimiyyətə gələndən sonra Fransa ilə müəyyən problemlər yaşayır. Makronun anlaşılmaz və Avropa Birliyində dominant rolunu üstlənməsi, aparıcı olmaq istəyi və normal təfəkkürə sığmayan axmaq ideyaları Avropa Birliyi ölkələri içərisində birmənalı qarşılanmır”.

Politoloq qeyd edib ki, bu xüsusda Fransaya qarşı çıxan iki ölkədən biri İtaliyadır:

“Çünki onlar Makronun ortalığa atdığı absurd fikirlərin qurbanı olmaq istəmirlər. İtaliya xarici işlər nazirinin müavini Azərbaycan-Ermənistan kontekstində Fransanın yanaşmasını tənqid etməklə beynəlxalq ictimaiyyətin diqqətinə həqiqəti çatdırır. Həqiqətən də bu gün Azərbaycan-Ermənistan münasibətində əsas dağıdıcı ünsür olaraq çıxış edən yeganə dövlət Fransadır.

İtaliya XİN müavinin dilə gətirdiyi həqiqət də budur. Bu, sadəcə Azərbaycanın mövqeyini müdafiə etmək demək deyil. İtaliya bu həqiqəti dilə gətirməklə bütövlükdə Avropa Birliyi kontekstində Fransanın nə qədər yanlış yolda olduğunu göstərir. Edmondo Çirielli Fransanın Cənubi Qafqaz siyasətinin yanlış olduğunu ortaya qoyub. Çünki Azərbaycan-Ermənistan münasibətləri dolayısı ilə Cənubi Qafqaz deməkdir. O, Cənubi Qafqazın Avropa Birliyi üçün nə qədər strateji bir coğrafi məkan olduğunu anlatmağa çalışır”.

N.Mirinin fikrincə, Avropa Birliyi bu gün yeni kommunikasiya sistemlərində birləşdirici coğrafi amil olan Cənubi Qafqazı özünə cəlb etmək əvəzinə, Fransa kimi dağıdıcı ünsürlərin siyasəti nəticəsində Cənubi Qafqaz ölkələrini Avropa Birliyindən uzaqlaşdırırlar:

“Bir tərəfdə Azərbaycan, digər tərəfdə Avropa Birliyi ilə məsafə saxlayan və getdikcə Rusiyaya yaxınlaşan Gürcüstandan söhbət gedir.

Doğrudur, burada Ermənistan istisnadır. Çünki Ermənistanın Avropa Birliyinə inteqrasiyasında əsas lokomotiv ölkə Fransadır. Ona görə də İtaliya xarici işlər nazirinin müavininin açıqlamasını bir həqiqət və xəbərdarlıq mesajı kimi qəbul etmək lazımdır”.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, İtaliyanın bölgə ilə bağlı yürütdüyü siyasət Fransaya nümunə olmalıdır.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO