Dağıstanda təhlükəli virus AŞKARLANDI – Ərazi karantinə ALINDI - FOTO

Dağıstanda təhlükəli virus AŞKARLANDI – Ərazi karantinə ALINDI - FOTO

Hazırda oxunan: Dağıstanda təhlükəli virus AŞKARLANDI – Ərazi karantinə ALINDI - FOTO

183320

Dağıstanda Buynakski rayonunun Kafırkumux kəndi bələdiyyəsinin ərazisindəki pomidor istixanasında təhlükəli karantin obyekti aşkar edilib. 

Bizim.Media xəbər verir ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) bu barədə məlumat yayıb.

Belə ki, qurumun Dağıstan Respublikası üzrə İdarəsi martın 15-də adıçəkilən kəndin sakini S.N.Maqomedova məxsus kəndli fermer təsərrüfatına məxsus istixanada qorunan torpağın karantin fitosanitar vəziyyətinin monitorinqini aparıb. 

Torpaqdan götürülən nümunələr Dağıstan filialında aparılan laboratoriya yoxlamaları zamanı, ölkə üçün yeni təhlükəli karantin xəstəliyi olan pomidor meyvələrinin qəhvəyi virus qırışları (Pomidorun qəhvəyi “rugose fruit” virusu) aşkar olunub.

Karantin zonasında "Bitki karantini haqqında" Federal Qanuna uyğun olaraq, karantin obyektinin yayılmasının lokallaşdırılması üçün lazım olan tədbirlər həyata keçirilib.

Qeyd edək ki, “Pomidor qəhvəyi qırış virusu” tərəvəz bitkilərinin təhlükəli patogenidir, əsasən pomidor və bibərə təsir göstərir. Xəstəlik meyvə keyfiyyətinin pisləşməsi ilə yanaşı məhsuldarlığın əhəmiyyətli itkisinə səbəb olur. Xloroz, mozaik naxış və yarpaq ləkələri xəstəliyin xarakterik əlamətləridir. Bu virusa yoluxmuş meyvələrdə xlorotik ləkələr, ebru, yaşıl meyvələrdə tünd ləkələr, deformasiya və qeyri-bərabər yetişmə baş verir.




Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO