İki radiokanal ümumölkə yerüstü radio yayımçısı lisenziyası üçün müraciət edib

İki radiokanal ümumölkə yerüstü radio yayımçısı lisenziyası üçün müraciət edib

Hazırda oxunan: İki radiokanal ümumölkə yerüstü radio yayımçısı lisenziyası üçün müraciət edib

181074

Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün  23 yanvar 2024-cü il tarixdə elan edilən müsabiqə üzrə sənəd qəbulu başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Audiovizual Şurasından bildirilib.

Müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim edib:

"Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Sağlam Radio")
"Orion Sky" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Həyat FM")
"Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO