Rusiya alman zabitlərinin SƏS YAZISINI yaydı - FOTO

Rusiya alman zabitlərinin SƏS YAZISINI yaydı - FOTO

Hazırda oxunan: Rusiya alman zabitlərinin SƏS YAZISINI yaydı - FOTO
180947
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Almaniya Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabitlərinin keçirdiyi toplantıdan səs yazılarını yayıb.

Bizim.Media xəbər verir ki, Ukraynaya dəstək barədə söhbətlərin yer aldığı səs yazılarında zabitlər “Taurus” raketlərindən danışıb.

Həmin səs yazısında bu raketlərin Rusiyanın işğal etdiyi Krım yarımadasında inşa etdiyi körpünü texniki cəhətdən məhv edə biləcəyi müzakirə edilib. Almaniya kansleri Olaf Şolz səs yazılarının yayımlanmasını çox ciddi məsələ kimi qiymətləndirib və hadisəyə tez bir zamanda aydınlıq gətiriləcəyini açıqlayıb.

Səs yazısının qeydə alındığı iclasda Almaniya Hərbi Hava Qüvvələri komandanı general-leytenant İnqo Gerhartzın da iştirak etdiyi və görüşün Almaniyanın müdafiə naziri Boris Pistoriusu məlumatlandırmaq məqsədi ilə keçirildiyi bildirilir.
Almaniya Müdafiə Nazirliyi sözügedən səs yazısının necə əldə edildiyini araşdırır. Eyni zamanda Almaniya Hərbi Kəşfiyyat İdarəsinin bu istiqamətdə bütün lazımi tədbirlər gördüyü bildirilib.

Rusiya alman zabitlərinin SƏS YAZISINI yaydı - FOTO - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO