Ermənistanın KTMT ilə bağlı ittihamlarını qəbul etmirik - RƏSMİ MOSKVA

Ermənistanın KTMT ilə bağlı ittihamlarını qəbul etmirik - RƏSMİ MOSKVA

Hazırda oxunan: Ermənistanın KTMT ilə bağlı ittihamlarını qəbul etmirik - RƏSMİ MOSKVA
180307
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“KTMT-nin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hökumətinin ittihamlarını birmənalı şəkildə qəbul etmirik”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dondurması ilə bağlı fikirlərini şərh edərək bildirib.

“Xatırlatmaq istərdim ki, 2022-ci ilin sentyabr ayında Ermənistan tərəfinin xahişi ilə KTMT Katibliyinin və Birləşmiş Qərargahının qiymətləndirmə missiyası formalaşdırılıb və operativ şəkildə ölkənin sərhəd rayonlarına göndərilib", - o deyib.

Zaxarova qeyd edib ki, nəticələrə əsasən KTMT tərəfindən monitorinq missiyasının göndərilməsi qərara alınıb:

“Bizim və ya digərlərinin günahı deyil ki, hərbi-texniki dəstək göstərməklə bağlı təkliflər Ermənistan hakimiyyəti tərəfindən rədd edilib. Bundan əlavə, İrəvan nümayişkaranə şəkildə Aİ müşahidə missiyasını dəvət etmək qərarını qəbul etdi. Bütün faktlar onu göstərir ki, həmin nümayəndələrin fəaliyyətinin effektivliyi sıfıra bərabərdir. Bizim mövqeyimiz bundan ibarətdir ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və təəssüflə qeyd etmək istəyirik ki, Ermənistanın KTMT tədbirlərində iştirakının azaldılması dost erməni xalqının maraqlarına xidmət etmir”, - o qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO