Sorosun planı üzə çıxdı: Hakimiyyəti demokratlara təhvil vermək üçün Texasa  pul verir

Hazırda oxunan: Sorosun planı üzə çıxdı: Hakimiyyəti demokratlara təhvil vermək üçün Texasa  pul verir

175504

Amerikalı milyarder Corc Soros ştatı demokratların ixtiyarına vermək üçün Texasa milyonlarla pul yatırır.

Bizim.Media xəbər verir ki, bu barədə "Fox News" telekanalı seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı dövlət hesabatlarına istinadən məlumat yayıb.

Son bir il ərzində Soros infrastrukturu gücləndirmək və respublikaçıların üstün olduğu cənubda demokratların qazanc əldə etməsinə kömək üçün Texasdakı azı beş solçu qrupa 3 milyon dollardan çox ianə verib.
Hesabatda deyilir ki, maliyyəçi bu məqsədlərə nail olmaq üçün çalışan mütərəqqi qruplardan birini təbliğ edir.

Qeyd edək ki, miqrant problemi ABŞ administrasiyası ilə Texas hakimiyyəti arasında qalmaqala səbəb olub.

Nəticədə Ağ Ev rəhbəri Cozef Bayden Texas hakimiyyətinə ABŞ Ali Məhkəməsinin qərarına əməl etmək və Milli Qvardiya qüvvələrinin federal hökumətə yerləşdirildiyi sərhəd patrul postlarını təhvil vermək üçün 24 saat vaxt verib. Bu ultimatum bitdikdən sonra nə baş verəcəyi hələlik məlum deyil.

Texas Vaşinqtonun sərhədlərin bağlanmasına son qoymaq tələblərinə və təmas zonasına nəzarəti təhvil vermək ultimatumuna baxmayaraq, Meksika ilə sərhədində əlavə tikanlı məftillər çəkməyə başlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO