Alimlər “yadplanetli mumiyalar”ın sirrini AÇDILAR – FOTO 

Hazırda oxunan: Alimlər “yadplanetli mumiyalar”ın sirrini AÇDILAR – FOTO 

173236

Peruda hava limanında tapılan “yadplanetli” mumiyaların üzərində aparılan elmi araşdırmanın nəticəsi açıqlanıb. “Yadplanetlilər” olduğu iddia edilən iki insanabənzər mumiyanın həqiqi olmadığı müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İddiaları rədd edən alimlər, hər iki mumiyanın insan və heyvan hissələrinin birləşdirilərək yaradıldığını açıqlayıblar.

Peru Məhkəmə Tibb İnstitundan Flavio Estrada hər iki mumiyanın yad canlı olmadığını deyib:

“Hər iki oyuncaq heyvan sümükləri ilə sintetik yapışdırıcıların birləşdirilməsindən yaradılıb. “Yadplanetli” iddiası tamamilə uydurmadır”.

Xatırladaq ki, ötən ilin oktyabrında Limada hava limanının işçiləri ənənəvi And paltarı geyinmiş və mumiyalamış kimi görünən iki fiqur tapıblar. Bəziləri onların “yadplanetli” olduğunu iddia edib.
Bir müddət öncə Meksika Konqresində sərgilənən eyni şəkildə uzun, üç barmaqlı mumiyaların da “yadplanetli” ola biləcəyi iddiaları uzun müddət dünya gündəmini zəbt etmişdi.

Bütün elmi araşdırmalarda mumiyaların mənşəyi ilə bağlı dəqiq nəticənin olmaması da mübahisələrə səbəb olmaqdadır.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO