Türkiyəli diplomatı qətlə yetirən PKK terrorçusu MƏHV EDİLDİ - FOTO

Türkiyəli diplomatı qətlə yetirən PKK terrorçusu MƏHV EDİLDİ - FOTO

Hazırda oxunan: Türkiyəli diplomatı qətlə yetirən PKK terrorçusu MƏHV EDİLDİ - FOTO
171511
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İraqda türkiyəli diplomat Osman Kösenin qətlə yetirildiyi cinayətin iştirakçısı, PKK-çı Renas Derik kod adlı Cəmil Akar Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi birgə hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edək, Cəmil Akar 2014-cü ilin sonlarında qanunsuz şəkildə Türkiyədən Suriyaya keçib və terror təşkilatının əyalət üzrə üzvlərinə qoşulub. 

O, PKK/KCK-nın Xüsusi Qüvvələr adlanan strukturunda fəaliyyət göstərib. O, 2017-ci ildə Mahmurda kəşfiyyat təlimindən keçib. Ərbil hücumundan əvvəl o, digər cinayət iştirakçıları ilə görüşmək və aksiyanı planlaşdırmaq üçün kənddən Mahmur düşərgəsinə gedib.
Xatırladaq ki, 2019-cu ilin iyulun 17-də türkiyəli diplomat Osman Köse İraqın Ərbil şəhərində restoranda terrorçuların hücumuna uğrayaraq şəhid olub.

Türkiyəli diplomatı qətlə yetirən PKK terrorçusu MƏHV EDİLDİ - FOTO - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO