Ərdoğan Macarıstanın Baş nazirinə TOGG bağışladı, o isə əvəzində… - FOTO/VİDEO

Ərdoğan Macarıstanın Baş nazirinə TOGG bağışladı, o isə əvəzində… - FOTO/VİDEO

Hazırda oxunan: Ərdoğan Macarıstanın Baş nazirinə TOGG bağışladı, o isə əvəzində… - FOTO/VİDEO

169614

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştə səfəri zamanı Macarıstanın baş naziri Viktor Orbana Türkiyə istehsalı olan TOGG elektrik avtomobili hədiyyə edib.

Bizim.Media xəbər verir ki, hədiyyədən məmnun qalan Orban avtomobilin sükanı arxasına keçərək türkiyəli həmkarı ilə söhbətləşib.

“HU TR-100” nömrəli avtomobil iki ölkə arasındakı əlaqələrin 100-cü ildönümü münasibətilə xüsusi olaraq hazırlanıb.

Macar nazir də öz növbəsində Türkiyə liderinə minnətdarlıq əlaməti olaraq Ərdoğana Aristokrat adlı at hədiyyə edib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti eyni avtomobili Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, BƏƏ prezidentlərinə, həmçinin Səudiyyə Ərəbistanının vəliəhdi və Qətər əmirinə hədiyyə edib.
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO