ÜST-dən qlobal istiləşmə ilə bağlı açıqlama: “3,3 milyard insan əziyyət çəkir”

Hazırda oxunan: ÜST-dən qlobal istiləşmə ilə bağlı açıqlama: “3,3 milyard insan əziyyət çəkir”

167260

Bu gün dünyada 3 milyarddan çox insan qlobal istiləşmədən əziyyət çəkir.

Bizim.Media “Al-Arabiya”ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Vanessa Kerri Dubayda keçirilən BMT-nin iqlim konfransında (COP28) deyib.

Onun sözlərinə görə, bir çox insanlar iqlim dəyişikliklərinin gözlənilməz nəticələri ilə üz-üzədir.

O, qeyd edib ki, bu, qalıq yanacaqların istifadəsi ilə birbaşa bağlıdır. Mütəxəssis vəziyyətdən çıxış yolunu qalıq yanacaq istehsalından imtina etməkdə görür.

Qeyd edək ki, dekabrın 1-də Fransa Prezidenti Emmanuel Makron “Böyük Yeddilik” (G7) ölkələrini 2030-cu ilə qədər kömürdən istifadəni mərhələli şəkildə dayandırmağa çağırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO