Türkiyədə dünyanın ən uzun asma körpüsü tikiləcək

Türkiyədə dünyanın ən uzun asma körpüsü tikiləcək

Hazırda oxunan: Türkiyədə dünyanın ən uzun asma körpüsü tikiləcək

165598
Türkiyədə Dardanel boğazı üzərində yeni “Çanaqqala-1915”x9d körpüsünün tikintisinə 24 şirkət maraq göstərib.

Moderator.az -ın Trend-ə istinadən verdiyi məlumatına görə, bu rəqəmi Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhmət Aslan açıqlayıb.

Onun sözlərinə görə, şirkətlər arasında türk şirkətləri ilə yanaşı Yaponiya, Çin, Cənubi Koreya və İtaliya şirkətləri də var.

Nazir deyib ki, yeni körpünün tikintisi martın 18-i başlayacaq. Körpünün 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

Uzunluğu 2023 metr təşkil edən körpü dünyanın ən uzun asma körpüsü olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO