Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir

Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir

Hazırda oxunan: Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir
630261
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) fəaliyyətindəki qeyri-sabitlik fonunda Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Supsa marşrutlarını və Xəzər vasitəsilə Azərbaycan üzərindən tranziti neft ixracı üçün əlavə marşrutlar kimi qiymətləndirir.

Bizim.Media xəbər verir ki, bu barədə "İnterfaks-Qazaxıstan" agentliyinə respublikanın Energetika Nazirliyindən bildirilib.
 

Qeyd edək ki, Qazaxıstanın "KazMunayQaz" milli neft-qaz şirkəti 2026-cı ildə BTC ilə neft ixracını 2025-ci illə müqayisədə 31 % artıraraq 1,7 milyon tona çatdırmağı planlaşdırır.


2026-cı ilin yanvar-iyun aylarında Aktau limanı vasitəsilə BTC istiqamətində 704 min ton Qazaxıstan nefti aşırılıb.

Boru kəmərinin uzunluğu 1 768 km, ötürücülük qabiliyyəti isə ildə 50 milyon tondan çox neft təşkil edir.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO